22 mart 2026. Bazar günü

Sulşerdən Kavani ilə bağlı yeni açıqlama


Sulşerdən Kavani ilə bağlı yeni açıqlama

"Mançester Yunayted"in baş məşqçisi Ole-Qunnar Sulşer klubun hücumçu Edinson Kavani ilə bağlı yeni açıqlama verib.

Corner.az "Sky Sports"a istinadən xəbər verir ki, norveçli mütəxəssis, 34 yaşlı futbolçu ilə yeni müqavilə imzalamaqla bağlı danışıqlar apardığını , lakin Kavaninin gələcəyindən hələ əmin olmadığını deyib:

“Əlbəttə ki, Kavani ilə əlaqə saxlayıram. Açıq dialoqdayıq və hələ gələn mövsüm nə etmək istədiyindən əmin deyil. Hesab edirəm ki, bu, yaxşıdır. Bütün futbolda olduğu kimi onun üçün də çətin bir il idi. Buna görə qərar vermək üçün hələ zamana ehtiyac var".

Qeyd edək ki, Kavaninin "qırmızı şeytanlar"la müqaviləsi bu yay başa çatır. Onunla müqavilənin daha 1 il uzadılması hüququ var







İngiltərə P.L.

“Everton” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 23:49 21.03.2026
“Everton” “Çelsi”ni darmadağın etdi
“Liverpul"da həmişə təzyiq var”
  • İngiltərə P.L.
  • 22:38 21.03.2026
“Liverpul"da həmişə təzyiq var”
"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"