23 iyun 2026. Çərşənbə axşamı

Arsenal'ın hücumçusu malyariyaya yoluxub


Arsenal'ın hücumçusu malyariyaya yoluxub

"Arsenal"ın futbolçusu Pyer-Emerik Obameyanq milli komandanın düşərgəsindən qayıtdıqdan sonra xəstəxanaya yerləşdirilib.

Corner.az "Goal" nəşrinə istinadən xəbər verir ki, buna səbəb 31 yaşlı hücumçunun Afrika Millətlər Kubokunun seçmə mərhələ oyunları zamanı malyariyaya yoluxması olub.

Qabonlu forvard bu səbəbdən Çexiyada "Slaviya" (Praqa) klubu ilə Avropa Liqasının 1/4 final mərhələsinin cavab görüşünü buraxmalı olub.

Qeyd edək ki, qarşılaşma London klubunun 0:4 hesablı qələbəsi ilə başa çatıb.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər