- İngiltərə P.L.
- 21:07 24.11.2024
“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan Çempionlar Liqasının 1/4 final mərhələsinin “Borussiya” (Dortmund, Almaniya) ilə ilk matçında geyindiyi formanı hərraca çıxarıb.
Corner.az xəbər verir ki, bu barədə 30 yaşlı yarımmüdafiəçi öz şəxsi "Tvitter" hesabından məlumat yayıb. Hərracda satılacaq formadan gələn gəlir ollier xəstəliyindən (sümük xərçəngi) əziyyət çəkən 8 yaşlı Dilara Abanoğlunun müalicəsinə sərf olunacaq.
“Mançester Siti” Çempionlar Liqasının 1/4 final mərhələsinin hər iki matçında “Borussiya”nı 2:1 hesabıyla məğlub edərək, yarımfinala yüksəlib. “Şəhərlilər” bu mərhələdə Fransa PSJ-si ilə qarşılaşacaq.