27 avqust 2026. Cümə axşamı

Keyn sabiq Liverpul'lunu geridə qoydu


Keyn sabiq Liverpul'lunu geridə qoydu

“Tottenhem” İngiltərə Premyer Liqasının 32-ci turunda “Everton”la qollu bərabərə qalıb – 2:2.

Corner.az xəbər verir ki, London təmsilçisinin hər iki qolunu vuran Harri Keyn, Premyer Liqa tarixində vurduğu qolların sayını 164-ə çatdırıb. O, bu göstəricidə “Liverpul”un sabiq hücumçusu Robbi Fauleri keçərək, turnirin bombardirləri siyahısında 7-ci sıraya yüksəlib.

Premyer Liqa tarixinin bombardiri keçmiş hücumçu Alan Şirerdir – 260 qol.

Keyn bu mövsüm 21 qolla Premeyr Liqada bombardirdir.







İngiltərə P.L.

“Tottenhem”dən Liqa Kubokunda darmadağın
  • İngiltərə P.L.
  • 00:59 27.08.2026
“Tottenhem”dən Liqa Kubokunda darmadağın