22 mart 2026. Bazar günü

Everton'dan Avropa Super Liqası ilə bağlı sərt açıqlama


Everton'dan Avropa Super Liqası ilə bağlı sərt açıqlama

İngiltərənin “Everton” klubu Avropa Super Liqası ilə bağlı açıqlama yayıb.

Corner.az xəbər verir ki, klubun mətbuat xidmətindən edilən açıqlamada, yeni yaradılan turnirdə iştirak edəcək Premyer Liqa klublarını “xain” adlandırılıb:

“Everton” klubu olaraq, xəyal qırıqlığı yaşadıq.

Öz mənfəətlərinə görə hərəkət edən 6 klub!

Liqamızın və oyunumuzun etibarını zədələyən 6 klub!

Premyer Liqada mübarizə apardığı klublara xəyanət edən 6 klub!

Bütün dünyadakı futbol azarkeşlərinə hörmətsizlik edən 6 klub!

Futbola xəyanət edən 6 klub!

Özlərini “super” hesab edən bu 6 klub sevdiyimiz oyunu təhdid altına salır. Futbolu futbolu sevənlərdən almaq istəyirlər. Bu klublardan başqa, heç kim bu turniri dəstəkləmir. “Everton” bu layihənin qısa müddətdə dayandırılmasını və dağıdıcı planların ləğv olunmasını xahiş edir”.

Avropanın 12 klubu yeni Super Liqanın yaradıldığını bəyan edib. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcək.







İngiltərə P.L.

“Everton” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 23:49 21.03.2026
“Everton” “Çelsi”ni darmadağın etdi
“Liverpul"da həmişə təzyiq var”
  • İngiltərə P.L.
  • 22:38 21.03.2026
“Liverpul"da həmişə təzyiq var”
"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"