22 mart 2026. Bazar günü

Hakimlər istədikləri kimi qərar verirlər - Arteta


Hakimlər istədikləri kimi qərar verirlər - Arteta

"Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqanın 33-cü turunda “Everton”a məğlub olduqları oyunu şərh edib.

Corner.az xəbər verir ki, BBC-yə danışan 39 yaşlı mütəxəssis, 0:1 hesabıyla bitən görüşü belə şərh edib:

“Meydanda ən yaxşı olan biz idik. Ancaq müəyyən anlarda düzgün qərarlar verə bilmədik. İkinci hissədə penaltimiz verilmədi. On dəfə izlədim və hakimin verdiyi qərarı başa düşmədim. Hakimlər istədikləri kimi qərar verirlər. Onlara nəzarət edən yoxdur. Biri çıxıb, bunu izah etməlidir.

Ən yaxşı biz idik. Düzdür, çoxlu şanslarımız olmasa da, üstünlük bizdə idi. Penaltimiz verilmədi və sonra da lazımsız bir qol buraxdıq”.

“Arsenal” Premyer Liqada 9-cu sıradadır.







İngiltərə P.L.

“Everton” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 23:49 21.03.2026
“Everton” “Çelsi”ni darmadağın etdi
“Liverpul"da həmişə təzyiq var”
  • İngiltərə P.L.
  • 22:38 21.03.2026
“Liverpul"da həmişə təzyiq var”
"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"