23 iyun 2026. Çərşənbə axşamı

Liverpul üçün 3,5 milyard avro təklif etdilər


Liverpul üçün 3,5 milyard avro təklif etdilər

İngiltərənin “Liverpul”un sahibi “Fenway Sports Group” şirkəti klubu satmaq istəməyib.

Corner.az xəbər verir ki, adı açıqlanmayan bir şirkət Mersisayd təmsilçisinin səhmləri üçün 3,5 milyard avro təklif edib. Bu barədə “Mirror” nəşri məlumat yayıb. Məlumatda, “Liverpul”un sahibi Con Henri klubu satmaq istəmədiyindən təklifi rədd edib.

“Fenway Sports Group”un rəhbəri Henri 2010-cu ildə “Liverpul”un səhmlərini 348 milyon avroya alıb. Şirkət bir müddət əvvəl klubun səhmlərinin 10 faizini “RedBird Capital” şirkətinə satıb.

“Liverpul” hazırda Premyer Liqada 6-cı sıradadır.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər