11 dekabr 2025. Cümə axşamı

Futbolda heçnəyə zəmanət yoxdur - Sulşer


Futbolda heçnəyə zəmanət yoxdur - Sulşer

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer Premyer Liqanın 33-cü turu çərçivəsində “Lids”ə qarşı keçirdikləri oyunu şərh edib.

Corner.az xəbər verir ki, “Sky Sports”a danışan norveçli mütəxəssis, 0:0 hesabıyla bitən görüşü belə şərh edib:

“Futbolda heç nəyə zəmanət yoxdur. Yaxşı oynadığımızı düşünürəm, xüsusilə, ikinci hissədə daha üstün tərəf biz idik. Sadəcə son zərbələrdə uğurlu olmadıq.

“Lids” əvvəlki oyunların ikinci hissəsində daha yaxşı çıxış edirdi. Bu gün isə fərqli oldu. İlk hissədə yaxşı oyunları ilə seçildilər. Qələbə qazana bilmədiyimiz üçün çox məyus olduq. “Lids” hörmətə layiq komandadır”.







İngiltərə P.L.

"Salah ağılsız davranıb, Slot isə..."
  • İngiltərə P.L.
  • 23:57 09.12.2025
"Salah ağılsız davranıb, Slot isə..."
APL-də ən çox dəyər itirən futbolçular
  • İngiltərə P.L.
  • 22:25 09.12.2025
APL-də ən çox dəyər itirən futbolçular
Hin Min Sonu şantaj edən qadın həbs edildi
  • İngiltərə P.L.
  • 23:53 08.12.2025
Hin Min Sonu şantaj edən qadın həbs edildi
“Biz ona güvənirik”
  • İngiltərə P.L.
  • 23:26 08.12.2025
“Biz ona güvənirik”
Pirs Morgan Salahı müsahibəyə çağırdı
  • İngiltərə P.L.
  • 22:58 08.12.2025
Pirs Morgan Salahı müsahibəyə çağırdı