10 avqust 2026. Bazar ertəsi

Qalatasaray'ın UEFA kubokunu qazanmağını unuda bilmərəm


Qalatasaray'ın UEFA kubokunu qazanmağını unuda bilmərəm

"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan uşaqlıq vaxtlarında yaşadığı maraqlı anları danışıb.

Corner.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi UEFA kubokunun finalında "Qalatasaray" - "Arsenal" görüşünü izlədiyi anların xatirələrini bölüşüb:

"Qalatasaray"ın UEFA kubokunu qazanmasını unuda bilmərəm. Ailəmizdə yalnız anam "Fənərbaxça" azarkeşidir. Ondan başqa hamı "Qalatasaray"ın fanatıdır. Hamımız oturub final oyununu izləmişdik. "Qalatasaray" "Arsenal"ı penaltilər seriyasında məğlub edəndə əmim göz yaşlarını saxlaya bilməmişdi. Bu, mənim ən gözəl uşaqlıq xatirələrimdən biridir".

Qeyd edək ki, İlkay Gündoğan 2016-cı ildən "Mançester Siti"də oynayır. O, 2011-ci ildən Almaniya millisində çıxış edir.







İngiltərə P.L.

“Daha soyuqqanlı olmalıyıq”
  • İngiltərə P.L.
  • 22:16 09.08.2026
“Daha soyuqqanlı olmalıyıq”
“Borussiya” “Arsenal”ı məğlub etdi
  • İngiltərə P.L.
  • 20:34 09.08.2026
“Borussiya” “Arsenal”ı məğlub etdi
“Tottenhem” zirvəyə qayıtmalıdır"
  • İngiltərə P.L.
  • 17:20 08.08.2026
“Tottenhem” zirvəyə qayıtmalıdır"