11 dekabr 2025. Cümə axşamı

Liverpul Old Trafford'da qalib gəlməlidir - Klopp


Liverpul Old Trafford'da qalib gəlməlidir - Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 34-cü turu çərçivəsində səfərdə “Mançester Yunayted”lə qarşılaşacaqları oyundan əvvəl fikirlərini açıqlayıb.

Corner.az xəbər verir ki, “Sky Sports”a danışan almaniyalı mütəxəssis, qələbə qazanmalarının vacib olduğunu bildirib:

“Liverpul” “Old Trafford”da qalib gəlməlidir. Qələbə qazana bilməsək, avrokuboklarda iştirak etmək şansımız azalacaq. Bizi çətin oyun gözləyir.

“Mançester Yunayted” sıx qrafikdədir. Həftədə iki oyun keçirirlər, ancaq artıq buna öyrəşiblər. Avropa Liqasında “Roma”ya qarşı möhtəşəm oyun sərgilədilər. Həm bizə, həm də “Mançester Yunayted”ə qələbə lazımdır. Buna görə, bizi əla matç gözləyir”.

Sabah keçiriləcək “Mançester Yunayted” – “Liverpul” matçı saat 19:30-da start götürəcək. “Mançester Yunayted” Premyer Liqada 2-ci, “Liverpul” isə 6-cı sıradadır.







İngiltərə P.L.

"Salah ağılsız davranıb, Slot isə..."
  • İngiltərə P.L.
  • 23:57 09.12.2025
"Salah ağılsız davranıb, Slot isə..."
APL-də ən çox dəyər itirən futbolçular
  • İngiltərə P.L.
  • 22:25 09.12.2025
APL-də ən çox dəyər itirən futbolçular
Hin Min Sonu şantaj edən qadın həbs edildi
  • İngiltərə P.L.
  • 23:53 08.12.2025
Hin Min Sonu şantaj edən qadın həbs edildi
“Biz ona güvənirik”
  • İngiltərə P.L.
  • 23:26 08.12.2025
“Biz ona güvənirik”
Pirs Morgan Salahı müsahibəyə çağırdı
  • İngiltərə P.L.
  • 22:58 08.12.2025
Pirs Morgan Salahı müsahibəyə çağırdı