9 avqust 2026. Bazar günü

Mançester Yunayted - Liverpul matçı təxirə salındı - VİDEO


Mançester Yunayted - Liverpul matçı təxirə salındı - VİDEO

İngiltərə Premyer Liqasında 34-cü turun "Mançester Yunayted" - "Liverpul" oyunu təxirə salınıb.

Corner.az-ın məlumatına görə, bu barədə qərar təhlükəsizlik tədbirləri ilə əlaqədar qəbul edilib.

Bu gün yerli klubun fanatları rəhbərlikdən narazılıq əlaməti kimi Mançester şəhərində çaxnaşma törədiblər. Əvvəlcə azarkeşlər "Old Trafford" stadionu önündə aksiya keçiriblər, daha sonra onların bir hissəsi stadiona daxil olub.

"Mançester Yunayted" klubunun yaydığı açıqlamada bildirilir ki, polis, Premyer Liqa və "Old Trafford" stadionunun rəhbərliyi ilə müzakirələrdən sonra oyunun ertələnməsinin məqsədəuyğunluğu qənaətinə gəlinib. Hələlik matçın nə vaxt keçiriləcəyi məlum deyil.

Qeyd edək ki, bu görüşdə "Mançester Yunayted" uduzsaydı, "Mançester Siti" sona 4 tur qalmış Premyer Liqanın qalibi adını qazanacaqdı.(report)







İngiltərə P.L.

“Daha soyuqqanlı olmalıyıq”
  • İngiltərə P.L.
  • 22:16 09.08.2026
“Daha soyuqqanlı olmalıyıq”
“Borussiya” “Arsenal”ı məğlub etdi
  • İngiltərə P.L.
  • 20:34 09.08.2026
“Borussiya” “Arsenal”ı məğlub etdi
“Tottenhem” zirvəyə qayıtmalıdır"
  • İngiltərə P.L.
  • 17:20 08.08.2026
“Tottenhem” zirvəyə qayıtmalıdır"
"Arsenal" "Betis"ə məğlub oldu
  • İngiltərə P.L.
  • 00:56 06.08.2026
"Arsenal" "Betis"ə məğlub oldu