8 may 2026. Cümə

Mançester Yunayted – Liverpul matçının vaxtı açıqlandı


Mançester Yunayted – Liverpul matçının vaxtı açıqlandı

İngiltərə Premyer Liqasının 34-cü turundan təxirə salınmış “Mançester Yunayted” – “Liverpul” matçının keçirilmə vaxtı açıqlanıb.

Corner.az turnirin saytına istinadən xəbər verir ki, görüş mayın 13-də keçiriləcək və saat 23:15-də başlayacaq.

Mayın 2-də keçirilməli olan “Mançester Yunayted” – “Liverpul” matçından əvvəl “Mançester Yunayted” fanatları rəhbərliyə etiraz əlaməti kimi şəhərdə etiraz aksiyaları keçiriblər. Onların aksiyası “Old Trafford” stadionunun önündə başlasa da, sonradan fanatların bir hissəsi arenaya daxil olublar və bu səbəbdən qarşılaşma təxirə salınmışdı.

“Mançester Yunayted” Premyer Liqada 2-ci, “Liverpul” isə 7-ci sıradadır.







İngiltərə P.L.