23 iyun 2026. Çərşənbə axşamı

Məşhur müğənni İngiltərə klubunun forma sponsoru oldu


Məşhur müğənni İngiltərə klubunun forma sponsoru oldu

Məşhur ingilis müğənni Ed Şiran İngiltərə klubuna sponsorluq edəcək.

Corner.az xəbər verir ki, 30 yaşlı müğənni “İpsviç Taun” klubunun yeni mövsümdə forma sponsoru olacaq. Bu barədə Şiran özü açıqlama yayıb.

Uşaqlıqdan klubun azarkeşi olan tanınmış müğənni, sevimli komandasına dəstək olmaq üçün belə addım atıb.

Ed Şiranın 2017-ci ildə buraxdığı “Divide” musiqi albomu dünyanın ən çox satılan albomu olub.

“İpsviç Taun” İngiltərənin 1-ci liqasında mübarizə aparır.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər