8 may 2026. Cümə

Mançester Siti Çelsi'yə uduzdu


Mançester Siti Çelsi'yə uduzdu

Futbol üzrə İngiltərə Premyer Liqasında 35-ci turun oyunları keçirilir.

Corner.az xəbər verir ki, “Tottenhem” səfərdə “Lids”in qonağı olub və turu məğlubiyyətlə başa vurub. “Liverpul” isə “Sauthempton”la ev oyununda inamlı qələbə qazanıb.

Turun mərkəzi görüşündə Çempionlar Liqasının finalçıları “Mançester Siti” ilə “Çelsi” üz-üz gəliblər. Üç qolun qeydə alındığı bu oyunda qonaqlar əzmkar qələbə qazanıb.

Mançester Yunayted”in bu turdakı rəqibi “Aston Villa” olacaq.

İngiltərə Premyer Liqası, 35-ci tur

7 may

Lester – Nyukasl 2:4
Qol
: Olbrayton, 80. İheanaço, 87 – Uillok, 22. Dammet, 34. Uilson, 65; 74.

8 may

Lids – Tottenhem 3:1
Qol
: Dallas, 13. Bamford, 42. Rodriqo, 84 – Son, 25.

Şeffild Yunayted – Kristal Pelas 0:2
Qol
: Benteke, 2. Eze, 88.

Mançester Siti – Çelsi 1:2
Qol
: Sterlinq, 44 – Ziyeş, 63. Alonso, 90+2.

Liverpul – Sauthempton 2:0
Qol
: Mane, 31. Alkantara, 90.







İngiltərə P.L.