9 avqust 2026. Bazar günü

Mançester Siti 7-ci dəfə İngiltərə çempionu oldu


Mançester Siti 7-ci dəfə İngiltərə çempionu oldu

 "Mançester Siti"  2020/21 mövsümündə vaxtından əvvəl ölkə çempionluğunu rəsmiləşdirib.

Corner.az xəbər verir ki, bu, turnir cədvəlində ikinci yer tutan "Mançester Yunayted"in doğma meydanda “Lester”ə 1:2 hesabı ilə məğlubiyyətindən sonra müəyyənləşib.

Pep Qvardiolanın komandası "Mançester Yunayted"i 10 xalla qabaqlayır. Komandalar çempionatda üç matça çıxacaqlar.

"Mançester Siti" yeddinci dəfə İngiltərə çempionu olub. 2016-cı ildən komandanın baş məşqçisi işləyən Qvardiola “Mançester Siti”ni üçüncü dəfə turnir cədvəlində birinci yerə yüksəldib. Daha əvvəl "Mançester Siti" ispan mütəxəssisin rəhbərliyi altında 2017/18 və 2018/19 mövsümlərində də ölkə birincisi olub.

Qeyd edək ki, ötən mövsümdə çempionluq titulunu "Liverpul" qazanıb.







İngiltərə P.L.

“Tottenhem” zirvəyə qayıtmalıdır"
  • İngiltərə P.L.
  • 17:20 08.08.2026
“Tottenhem” zirvəyə qayıtmalıdır"
"Arsenal" "Betis"ə məğlub oldu
  • İngiltərə P.L.
  • 00:56 06.08.2026
"Arsenal" "Betis"ə məğlub oldu
"Belə bir fürsəti əldən verə bilməzdim"
  • İngiltərə P.L.
  • 22:15 03.08.2026
"Belə bir fürsəti əldən verə bilməzdim"