- İngiltərə P.L.
- 21:07 24.11.2024
İngiltərə Premyer Liqasının 34-cü turundan təxirə salınmış “Mançester Yunayted” – “Liverpul” matçından əvvəl xoşagəlməz hadisə baş verib.
Corner.az xəbər verir ki, “qırmızı şeytanlar”ın azarkeşləri klub rəhbərliyinə etiraz olaraq, qarşılaşmanın keçirilməsinə mane olmağa çalışıb. Belə ki, fanatlar “Liverpul”un avtobusunun yolunu kəsərək, təkərlərini partladıb. Avtobusda Mersisayd təmsilçisinin iki məşqçisi olub.
“Liverpul”un oyuna yollanan əsas heyəti qarşılaşmanın keçiriləcəyi başqa avtobusla gedib.
“Mançester Yunayted”in fanatları klubun sahibi – Qleyzerlər ailəsinə etiraz əlaməti kimi şəhərdə aksiyalar keçirirlər. Azarkeşlər Qleyzerlərin klubu satmasını istəyirlər.
Qeyd edək ki, “Mançester Yunayted” – “Liverpul” matçı qonaqların 4:2 hesablı qələbəsiylə başa çatıb.