8 noyabr 2026. Bazar günü

“Chelsea” çox yaxşı komandadır, ancaq…” – Solskjaer


“Chelsea” çox yaxşı komandadır, ancaq…” – Solskjaer

“Manchester United”in baş məşqçisi Ole-Gunnar Solskjaer, İngiltərə Federasiya kubokunun 1/8 final mərhələsində “Chelsea”ni məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Corner.az xəbər verir ki, İngiltərə mətbuatına danışan norveçli mütəxəssis, 2:0 hesabıyla bitən matçı belə şərh edib:

“Bu oyunda yaxşı “performans” sərgilədik. Məşqlərdə etdiklərimizi təkrarlaya bildik. Mərkəzdə təzyiq etməyi tapşırmışdım və futbolçularım bunu bacardı.

“Chelsea” çox yaxşı komandadır, ancaq Juan Mata Jorginhoya qarşı yaxşı oynadı. Müdafiədə hardasa, mükəmməl oynadıq. Uğurlu nəticə qazandıq”.

İngiltərə Federasiya kubokunun 1/8 mərhələsində “Cheksea”ni mübarizədən kənarlaşdıran “qırmızı şeytanlar”, 1/4 final mərhələsində “Wolwerhempton”la qarşılaşacaq.(komanda.az)







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”