22 mart 2026. Bazar günü

Mançester Siti uduzdu, Çelsi'dən qələbə


Mançester Siti uduzdu, Çelsi'dən qələbə
İngiltərə Premyer Liqasında 37-ci turun oyunlarına start verilib.

Corner.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib.
 
“Mançester Yunayted” doğma meydanda “Fulhem”i qəbul edib. Bu oyunda qalib müəyyənləşməyib.
 
Çempionluğu rəsmiləşən “Mançester Siti” bu turda  “Brayton”la qarşılaşıb. Beş qolun qeydə alındığı oyun “şəhərlilər”in məğlubiyyəti ilə yekunlaşıb.
 
Turnir cədvəlinin 3-cü pilləsində yer alan “Çelsi” doğma meydanda “Lester Siti” ilə üz-üzə gəlib. Bu oyunda isə London təmsilçisi doğma meydanda çətin qələbə qazanıb.
 
İngiltərə Premyer Liqası
37-ci tur
18 may
 
Mançester Yunayted – Fulhem 1:1
Qol: Kavani, 15 – Brayan, 76.
 
Sauthempton – Lids 0:2
Qol: Bamford, 73. Roberts, 90+5.
 
Brayton – Mançester Siti 3:2
Qol: Trossard, 50. Uebster, 72. Bern, 76 – İ.Gündoğan, 2. Foden, 48.
 
Çelsi – Lester Siti 2:1
Qol: Rudiger, 47. Jorjinyo, 66-pen – İheanaço, 76.






İngiltərə P.L.

“Everton” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 23:49 21.03.2026
“Everton” “Çelsi”ni darmadağın etdi
“Liverpul"da həmişə təzyiq var”
  • İngiltərə P.L.
  • 22:38 21.03.2026
“Liverpul"da həmişə təzyiq var”
"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"