6 may 2026. Çərşənbə

Mançester Siti'nin futbolçusu ilin ən yaxşısı seçildi


Mançester Siti'nin futbolçusu ilin ən yaxşısı seçildi

"Mançester Siti”nin müdafiəçisi Ruben Dias İngiltərədə ilin ən yaxşı futbolçusu seçilib.

Corner.az xəbər verir ki, portuqaliyalı futbolçu İngiltərə Futbol Jurnalistləri Assosiasiyasının versiyasına görə bu mükafata layiq görülüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı futbolçu səsvermədə “Tottenhem”in hücumçusu Harri Keyni və komanda yoldaşı Kevin de Bruyneni qabaqlayıb.

2020-ci ilin sentyabrından “Mançester Siti”də çıxış edən Dias bu mövsüm Premyer Liqada 31 oyuna çıxıb.







İngiltərə P.L.