6 may 2026. Çərşənbə

Premyer Liqa'da mövsümə yekun vuruldu


Premyer Liqa'da mövsümə yekun vuruldu

İngiltərə Premyer Liqasında sonuncu – 38-ci turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, bütün qarşılaşmalar eyni vaxtda baş tutub. Çempion “Mançester Siti” son turda doğma meydanda “Everton”u qəbul edib və darmadağınla qalib gəlib. Turnir cədvəlinin ikinci sırasında yer alan “Mançester Yunayted” səfərdə  “Vulverhempton”un qonağı olub və qalib gəlib.

“Liverpul” doğma meydanda “Kristal Pelas”ı qəbul edib və inamlı qələbə qazanıb. “Çelsi” isə çətin “Aston Villa” səfərində məğlubiyyətlə üzləşib. "Arsenal" doğma meydanda "Brayton"u sınağa çəkib və inamlı qələbə qazanıb. "Tottenhem" isə səfərdə "Lester Siti"nin qonağı olub və çətin qələbə qazanıb.

İngiltərə Premyer Liqası, 38-ci tur

23 may

Liverpul – Kristal Pelas 2:0
Qol
: Mane, 36; 74.

Şeffild Yunayted – Bernli 1:0
Qol
: Makqoldrik, 24.

Fulhem – Nyukasl 0:2
Qol
: Uillok, 23. Şar, 88.

Mançester Siti – Everton 5:0
Qol
: De Bruyne, 11. Q.Jezus, 14. Foden, 53. Aquero, 71; 76.

Lids – Vest Bromviç 3:1
Qol
: Rodriqo, 17. Fillips, 42. Bemford, 78 – Robson-Kanu, 90.

Lester – Tottenhem 2:4
Qol
: Vardi, 18-pen; 52-pen – Keyn, 41. Şmeyxel, 76. Beyl, 87; 90+6.

Vulverhempton – Mançester Yunayted 1:2
Qol
: Semedo, 39 – Leanqa, 13. Mata, 45+4-pen.

Vest Hem – Sauthempton 3:0
Qol
: Fornals, 30; 33. Rays, 86.

Aston Villa – Çelsi 2:1
Qol
: Traore, 43. El Qazi, 52 – Çiluell, 70.

Arsenal – Brayton 2:0
Qol
: Pepe, 49; 60.







İngiltərə P.L.