9 avqust 2026. Bazar günü

Aquero vida matçında rekorda imza atdı


Aquero vida matçında rekorda imza atdı
“Mançester Siti”nin  hücumçusu Serxio Aquero “şəhərlilər”in heyətində sonuncu matçına çıxıb.
 
Corner.az xəbər verir ki, argentinalı futbolçu, İngiltərə çempionatında mövsümün son turu çərçivəsində baş tutan “Everton”la görüşün iştirakçısı olub.
 
Baş məşqçi Pep Qvardiola, 32 yaşlı hücumçunu 65-ci dəqiqədə meydana buraxıb. Aquero isə bu şansdan maksimum yararlanaraq, iki qola imza atıb. 71 və 76-cı dəqiqələrdə fərqlənən Aquero, bununla da Premyer Liqanın tarixinə düşüb. Belə ki, təcrübəli futbolçu İngiltərə çempionatında bir komandanın heyətində ən çox (184) qol vuran futbolçu olub. Əvvəlki rekord “Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runiyə məxsus idi – 183 qol. 
 
Bununla da Aqueronun 10 illik “Mançester Siti” karyerası başa çatıb. 






İngiltərə P.L.

“Tottenhem” zirvəyə qayıtmalıdır"
  • İngiltərə P.L.
  • 17:20 08.08.2026
“Tottenhem” zirvəyə qayıtmalıdır"
"Arsenal" "Betis"ə məğlub oldu
  • İngiltərə P.L.
  • 00:56 06.08.2026
"Arsenal" "Betis"ə məğlub oldu
"Belə bir fürsəti əldən verə bilməzdim"
  • İngiltərə P.L.
  • 22:15 03.08.2026
"Belə bir fürsəti əldən verə bilməzdim"