9 dekabr 2025. Çərşənbə axşamı

Qvardiola mövsümün ən yaxşı məşqçisi seçildi


Qvardiola mövsümün ən yaxşı məşqçisi seçildi

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Liqanın Menecerlər Assosiasiyasının versiyasına görə mövsümün ən yaxşı məşqçisi seçilib.

Corner.az “Sky Sports”a istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis mövsümün ən yaxşı məşqçisi seçilməsi ilə bağlı bunları deyib:

"Bu mükafatı ikinci dəfə almağa çox şadam, amma belə mükafat yalnız məşqçinin ən yaxşı peşəkarlarla əhatəyə alınması halında mümkündür. Mənim oyunçularım çox yaxşı idilər. Onların sədaqəti və peşəkarlığı hətta qarşılaşdığımız ən ağır mövsümdə heç vaxt şübhəyə təslim olmurdu.

Mənim köməkçilərim də həmçinin ən yüksək tərifə layiqdirlər. Bəxtim elə gətirib ki, mənim “Mançester Siti”nin ən yaxşı olmasına əmin olmaq, bacardıqlarını onu etmək, hər şeylərini verən insanlardan ibarət komandam var. Bu mükafat onlara həsr edilib və onlar arasında bölünür", - Qvardiola bildirib.

İspan mütəxəssis İngiltərə Premyer Liqasının dörd mövsümündə “Mançester Siti”yə üçüncü titulu qazandırıb.

Liqa Menecerləri Assosiasiyası İngiltərə Premyer Liqası məşqçilərinin, EFL-in (İngiltərə Futbol Liqasının) və milli yığmanın müxtəlif yaşlar üzrə həmkarlar ittifaqıdır.







İngiltərə P.L.

Hin Min Sonu şantaj edən qadın həbs edildi
  • İngiltərə P.L.
  • 23:53 08.12.2025
Hin Min Sonu şantaj edən qadın həbs edildi
“Biz ona güvənirik”
  • İngiltərə P.L.
  • 23:26 08.12.2025
“Biz ona güvənirik”
Pirs Morgan Salahı müsahibəyə çağırdı
  • İngiltərə P.L.
  • 22:58 08.12.2025
Pirs Morgan Salahı müsahibəyə çağırdı
“Liverpul” “Lids"lə heç-heçə etdi
  • İngiltərə P.L.
  • 23:46 06.12.2025
“Liverpul” “Lids"lə heç-heçə etdi
“Messi heç vaxt belə etməyib”
  • İngiltərə P.L.
  • 22:58 06.12.2025
“Messi heç vaxt belə etməyib”