6 may 2026. Çərşənbə

Mata Mançester Yunayted'dən ayrılır?


Mata Mançester Yunayted'dən ayrılır?

“Mançester Yunayted”in futbolçusu Xuan Mata klubdakı gələcəyi ilə bağlı fikirlərini bildirib.

Corner.az xəbər verir ki, BBC-yə danışan 33 yaşlı yarımmüdafiəçi, hələ də yaxşı oynaya biləcəyini deyib:

“Qarşıda bizi Avropa Liqasının final matçı gözləyir. Bütün diqqətimi bu oyuna yönəltmişəm . Hələ də yaxşı futbol oynaya biləcəyimi düşünürəm. İndi gələcəyimlə bağlı danışmağım doğru olmaz. Sadəcə futbol oynamaqdan zövq alıram”.

Mata 2013-cü ildən “Mançester Yunayted”də çıxış edir. İspaniyalı futbolçunun klubla müqaviləsi iyunun sonuna qədərdir.







İngiltərə P.L.