22 mart 2026. Bazar günü

Bu hissi izah etmək çox çətindir – Reşford


Bu hissi izah etmək çox çətindir – Reşford

“Mançester Yunayted”in futbolçusu Markus Reşford Avropa Liqasının finalında “Vilyarreal”a məğlub olduqları oyundan (1:1, penaltilər 10:11) sonra fikirlərini bildirib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, ingilis hücumçu, yeni mövsümdə daha arzulu oynayacaqlarını deyib:

“Çox məyus olduq. Bu hissi izah etmək çox çətindir. Bura qələbə üçün gəlmişdik. Mövsüm ərzində çox çalışdıq və kubok qazanmaq şansımız oldu.

Komandamız və məşqçimiz təslim olmayacaq. Yeni mövsümdə daha arzulu oynayacağıq. İnsanlar “Mançester Yunayted” haqda çox danışırlar. Daha çox uğurlar qazanmaq üçün hər şeyə sahibik”.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasında və Avropa Liqasında gümüş mükafatçı olub.







İngiltərə P.L.

“Everton” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 23:49 21.03.2026
“Everton” “Çelsi”ni darmadağın etdi
“Liverpul"da həmişə təzyiq var”
  • İngiltərə P.L.
  • 22:38 21.03.2026
“Liverpul"da həmişə təzyiq var”
"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"