8 noyabr 2026. Bazar günü

74 il sonra elitada çıxış edəcəklər


74 il sonra elitada çıxış edəcəklər
Növbəti mövsümdə İngiltərə Premyer Liqasında mübarizə aparacaq sonuncu klubun adı bəlli olub.

Corner.az xəbər verir ki, pley-off mərhələsinin finalında “Suonsi Siti”yə qalib gələn “Brentford” elitaya vəsiqə qazanıb.
 
“Uembli”də baş tutan final matçının əvvəlindəcə iki qol vuran “Brentford” bu üstünlüyünü sonadək qoruyub. Yekunda 2:0 hesabıyla qalib gələn bu komanda “Norviç Siti” və “Uotford”un ardından Premyer Liqaya yüksəlib.
 
“Brentford” 74 illik fasilədən sonra İngiltərə çempionatının yüksək liqasında oynamaq şansı qazanıb. Bu komanda sonuncu dəfə 1947-ci ildə elitada mübarizə aparıb.
 
Qeyd edək ki, 2020/21 mövsümünün yekunlarına əsasən, “Fulhem”, “Vest Bromviç” və “Şeffild Yunayted” klubları Premyer Liqa ilə vidalaşıb.






İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”