22 mart 2026. Bazar günü

Mançester Siti rəsmisi azarkeşlərdən üzr istədi


Mançester Siti rəsmisi azarkeşlərdən üzr istədi

“Mançester Siti” klubunun Direktorlar Şurasının sədri Haldun əl-Mübarək “şəhərlilər” Avropa Super Liqası layihəsinə qoşulduğu üçün azarkeşlərdən üzr istəyib.

Corner.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan 45 yaşlı funksioner, layihəyə qoşulmalarının səhv olduğunu deyib:

“Super Liqaya qoşulmaq səhv qərar idi. Geriyə baxanda, layihəyə qatılmamaq qərarını daha tez verməli olduğumuzu düşünürəm. Həqiqətən, çox peşmanam. Bütün məsuliyyət mənimdir və bir daha vurğulayıram ki, Super Liqaya qoşulmağımız səhv idi”.

Aprelin 19-da fəaliyyətə başlayan Avropa Super Liqasında 12 klubun iştirakı təsdiqlənmişdi. Lakin qısa zamanda artan təzyiqlər nəticəsində “Real”, “Yuventus” və “Barselona” istisna olmaqla, digər klublar yarışdan imtina ediblər.







İngiltərə P.L.

“Everton” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 23:49 21.03.2026
“Everton” “Çelsi”ni darmadağın etdi
“Liverpul"da həmişə təzyiq var”
  • İngiltərə P.L.
  • 22:38 21.03.2026
“Liverpul"da həmişə təzyiq var”
"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"