2 fevral 2026. Bazar ertəsi

Çelsi iki futbolçusu müqaviləni uzatdı, birini göndərdi


Çelsi iki futbolçusu müqaviləni uzatdı, birini göndərdi
 “Çelsi” klubu iki futbolçusu ilə müqavilənin müddətini artırıb.

Corner.az xəbər verir ki, "zadəganlar" hücumçusu Olivye Jiru və müdafiəçisi Tyaqo Silva ilə yeni müqavilə bağlayıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu ilə müddəti 2022-ci ilin yayına qədər olan yeni müqavilələr imzalanıb. Təcrübəli futbolçuların əvvəlki sözləşmələri bu yay sona çatırdı
 
“Çelsi” qapıçısı Vilfredo (Villi) Kabalyero ilə isə yollarını ayırıb. Klubun rəsmi saytının yaydığı məlumatda 39 yaşlı təcrübəli qolkiperin müqaviləsinin müddəti başa çatıb və o, komandadan ayrılıb. Argentina yığmasının sabiq üzvünə xidmətlərinə görə təşəkkür edilib.

Qeyd edək ki, Olivye Jiru 2018-ci ilin yanvarında “Arsenal”dan “Çelsi”yə 17 milyon avro qarşılığında transfer olunmuşdu. 34 yaşlı futbolçu bu komandanın heyətində 119 matça çıxıb, 39 qol vurub, 14 məhsuldar ötürmə müəllifi olub. Fransalı hücumçu bu klubda həm Avropa Liqasının, həm də UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.
 
Tyaqo Silva isə ötən ilin avqustundan London təmsilçisində çıxış edir. 36 yaşlı braziliyalı müdafiəçi 2020/21 mövsümündə meydana çıxdığı 34 matçda 2 qola imza atıb.
 
Kabalyero 2017-ci ildən “Çelsi”də çıxış edirdi






İngiltərə P.L.

Semenyo Adebayorun nailiyyətini təkrarladı
  • İngiltərə P.L.
  • 22:02 01.02.2026
Semenyo Adebayorun nailiyyətini təkrarladı
“Mançester Yunayted”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 20:07 01.02.2026
“Mançester Yunayted”dən çətin qələbə
“Heç vaxt onun səviyyəsində olmaram”
  • İngiltərə P.L.
  • 16:18 01.02.2026
“Heç vaxt onun səviyyəsində olmaram”
Salah Runiyə məxsus rekordu yenilədi
  • İngiltərə P.L.
  • 15:31 01.02.2026
Salah Runiyə məxsus rekordu yenilədi
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
  • İngiltərə P.L.
  • 02:04 01.02.2026
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
 “Çelsi”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 23:36 31.01.2026
“Çelsi”dən çətin qələbə