22 mart 2026. Bazar günü

Mançester Yunayted 35 və 38 yaşlı qapıçıları ilə müqavilə imzaladı


Mançester Yunayted 35 və 38 yaşlı qapıçıları ilə müqavilə imzaladı
 “Mançester Yunayted” klubu heyətinə yeni futbolçu cəlb edib.

Corner.az xəbər verir ki, “qırmızı şeytanlar” 35 yaşlı qapıçı Tom Hitonu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İngiltərəli qolkiperlə 2+1 illik müqavilə imzalanıb. “Mançester Yunayted”in öz yetirməsi olan Hiton, sabiq komandasına azad agent kimi qayıdıb. Hitonun köhnə-yeni komandasında ehtiyat qapıçı olması gözlənilir.
 
Tom Hiton son iki mövsümü “Aston Villa”da keçirib. O, karyerası ərzində “Bernli”, “Bristol Siti, “Kardiff Siti”, “Uikomb Uonderers”, “Roçdeyl”, KPR, “Suindon Taun” kimi klubların da formasını geyinib.
 
“Mançester Yunayted” digər ehtiyat qapıçısı Li Qrantla da yeni müqavilə bağladığını açıqlayıb. 38 yaşlı qolkiper ilə 1 illik müqavilə imzalanıb. 2018-ci ildən Mançester təmsilçisində olan ingilis qolkiper, demək olar ki, bu komandada forma şansı qazanmayıb. O, əvvəllər “Stok Siti, “Derbi Kaunti”, “Bernli”, “Şeffild Uensdey” və “Oldhem Atletik” klublarının da uğurları üçün çalışıb.






İngiltərə P.L.

“Everton” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 23:49 21.03.2026
“Everton” “Çelsi”ni darmadağın etdi
“Liverpul"da həmişə təzyiq var”
  • İngiltərə P.L.
  • 22:38 21.03.2026
“Liverpul"da həmişə təzyiq var”
"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"