31 yanvar 2026. Şənbə

Motivasiya, inam artıq var - Sarri


Motivasiya, inam artıq var - Sarri

Chelsea-nin baş məşqçisi Maurizio Sarri İngiltərə çempionatında Tottenham üzərində qələbəni  şərh edib.

Corner.az xəbər verir ki, 60 yaşlı baş məşqçi oyundan razı qaldığını bildirib. “Gözlədiyimiz nəticəni əldə etdik. Bundan əvvəl Manchester City ilə matçımız da xoşuma gəlmişdi.İlk dəqiqələrdə təzyiq göstərməyimiz matçın gedişinə təsir etdi. Sonradan yorulduq. Cəmi 3 gün əvvəl 130 dəqiqə oynamışdıq. Təzyiqi aşağı salmalı olduq. Futbolçularımın əldən düşməsinə razı ola bilməzdim. London derbisində qələbə bizim üçün vacib idi. Fanatlarımız bunu gözləyirdi. Ümumiyyətlə, son oyunlarımız məni qane edir. Chelsea özünə gəlir. Motivasiya, inam artıq var. Bizə xal lazımdır. Top-4-də yer almaq istəyiriksə, bunu etməliyik. Tottenham üzərində qələbə bu mənada böyük əhəmiyyət daşıyır”,- Sarri qeyd edib.








İngiltərə P.L.

"Uğurun açarı sabitlikdir"
  • İngiltərə P.L.
  • 22:43 30.01.2026
"Uğurun açarı sabitlikdir"
"Kay Haverts hazırdır"
  • İngiltərə P.L.
  • 22:35 30.01.2026
"Kay Haverts hazırdır"
“Tottenhem” Pedro Porronu itirdi
  • İngiltərə P.L.
  • 11:58 28.01.2026
“Tottenhem” Pedro Porronu itirdi
Qvardiola Natan Akenin satışına qarşıdır
  • İngiltərə P.L.
  • 11:07 28.01.2026
Qvardiola Natan Akenin satışına qarşıdır
"Palmer “Çelsi”də xoşbəxtdir"
  • İngiltərə P.L.
  • 23:52 27.01.2026
"Palmer “Çelsi”də xoşbəxtdir"