22 mart 2026. Bazar günü

Premyer Liqa futbolçusu cinsi istismara görə saxlanıldı


Premyer Liqa futbolçusu cinsi istismara görə saxlanıldı

İngiltərə Premyer Liqasında çıxış edən futbolçulardan biri polis tərəfindən saxlanılıb.

Corner.az xəbər verir ki, adı açıqlanmayan 31 yaşlı oyunçu uşaqlara cinsi istismarda ittiham olunur. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Məsələdən sonra “Everton” klubu əsas komandanın futbolçularından birini məşqlərdən uzaqlaşdırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Açıqlamada, məsələ ilə bağlı araşdırmalar bitənə qədər adı açıqlanmayan futbolçunun heyətdən kənarda qalacağı vurğulanıb. Lakin bu futbolçunun seksual zəmində saxlanılan oyunçu olub-olmamağı ilə bağlı məlumat verilməyib..

Polis tərəfindən saxlanılan futbolçu isə araşdırmalar yekunlaşana qədər girov müqabilində azadlığa buraxılıb.







İngiltərə P.L.

“Everton” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 23:49 21.03.2026
“Everton” “Çelsi”ni darmadağın etdi
“Liverpul"da həmişə təzyiq var”
  • İngiltərə P.L.
  • 22:38 21.03.2026
“Liverpul"da həmişə təzyiq var”
"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"