8 may 2026. Cümə

Arsenal yeni mövsümə məğlubiyyətlə başladı


Arsenal yeni mövsümə məğlubiyyətlə başladı

İngiltərə Premyer Liqasında 2021/2022 mövsümünə start verilib.

Corner.az xəbər verir ki, mövsümün açılış matçında debütant “Brentford” doğma meydanda “Arsenal”ı qəbul edib. London təmsilçisi səfərdən məğlubiyyətlə dönüb.

“Liverpul” klubunun ilk sınağı “Norviç”ə qarşı olacaq, “Mançester Yunayted” isə “Lids”i qəbul edəcək. Heyətini Romelu Lukaku ilə gücləndirən “Çelsi”nin ilk turdakı rəqibi “Kristal Pelas” olacaq.

Son çempion “Mançester Siti”ni ilk turda çətin sınaq gözləyir. Xosep Qvardiolanın rəhbərlik etdiyi kollektiv London səfərində “Tottenhem”lə qarşılaşacaq.

İngiltərə Premyer Liqası, 1-ci tur

13 avqust

Brentford – Arsenal 2:0
Qol
: Kanos, 22. Norqard, 73.







İngiltərə P.L.