8 avqust 2026. Şənbə

Liverpul Salah'ı millinin düşərgəsinə buraxmadı


Liverpul Salah'ı millinin düşərgəsinə buraxmadı

"Liverpul"un futbolçusu Məhəmməd Salah Misir yığmasının heyətində Anqola və Qabona qarşı DÇ-2022-nin seçmə mərhələ oyunlarında çıxış etməyəcək.

Corner.az Misir Futbol Assosiasiyasının (EFA) rəsmi saytına istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 29 yaşlı hücumçunu yığmanın düşərgəsinə göndərməyib.

"Liverpul" Salahı milliyə buraxmadığı üçün qarşı tərəfdən üzr istəyib. Klub koronavirus səbəbindən bu addımı atdığını və onun İngiltərəyə qayıtdıqdan sonra məcburi karantinə alınacağını əsas gətirdiyini bildirib.

İngiltərə təmsilçisi Salahın daha əvvəl də karantində olduğunu və fiziki baxımdan əziyyət çəkdiyini də vurğulayıb.

Qeyd edək ki, Misir seçməsi sentyabrın 2-də Anqolanı qəbul edəcək, sentyabrın 5-də isə Qabonun qonağı olacaq.







İngiltərə P.L.

"Arsenal" "Betis"ə məğlub oldu
  • İngiltərə P.L.
  • 00:56 06.08.2026
"Arsenal" "Betis"ə məğlub oldu
"Belə bir fürsəti əldən verə bilməzdim"
  • İngiltərə P.L.
  • 22:15 03.08.2026
"Belə bir fürsəti əldən verə bilməzdim"
Mudrik "Çelsi"nin məşqlərinə qayıtdı
  • İngiltərə P.L.
  • 22:13 03.08.2026
Mudrik "Çelsi"nin məşqlərinə qayıtdı
"Real"dan ayrılığım iz buraxdı, amma..."
  • İngiltərə P.L.
  • 21:52 02.08.2026
"Real"dan ayrılığım iz buraxdı, amma..."