7 avqust 2026. Cümə

Mançester Yunayted, Çelsi, Arsenal evdə, Mançester Siti səfərdə qələbə qazandı


Mançester Yunayted, Çelsi, Arsenal evdə, Mançester Siti səfərdə qələbə qazandı
İngiltərə Premyer Liqasında 4-cü turun oyunlarına start verilib. Corner.az xəbər verir ki, turun əksər qarşılaşmaları ilk oyun gününə təsadüf edib.
 
Lider “Tottenhem” səfərdə “Kristal Pelas”ın qonağı olub.  Görüş London təmsilçisinin darmadağınla məğlubiyyəti ilə başa çatıb.
 
Üç turdan sonra xal qazana bilməyən və sonuncu pillədə qərarlaşan “Arsenal” doğma meydanda “Norviç Siti” ilə qarşılaşıb. “Topçular” nəhayət bu oyundan qalib gələrək ilk xalını qazanıb. “Mançester Siti” də səfərdə “Lester Siti”nin qonağı olub və 3 xalı tək qolla qazanıb.
 
Heyətini Kristiano Ronaldo ilə gücləndirən “Mançester Yunayted” doğma meydanda “Nyukasl”ı qəbul edib. “Qırmızı şeytanlar” məhz portuqaliyalı hücumçunun dublu sayəsində bu oyunda darmadağınla qalib gəlib.  “Çelsi”si isə “Aston Villa” ilə səfər oyunundan 3 xalı 3 cavabsız qolla qazanıb.
 
İngiltərə Premyer Liqası
4-cü tur
11 sentyabr
 
Kristal Pelas – Tottenhem 3:0
Qol: Zaha, 75-pen. Eduard, 84; 90+2.
 
Arsenal – Norviç Siti 1:0
Qol: Obameyanq, 66.
 
Brentford – Brayton 0:1
Qol: Trossard, 90.
 
Lester Siti – Mançester Siti 0:1
Qol: B.Silva, 62.
 
Mançester Yunayted – Nyukasl 4:1
Qol: Ronaldo, 45+2; 62. B.Fernandes, 80. Linqard, 90+2 – Mankilyo, 56.
 
Sauthempton – Vest Hem 0:0
 
Uotford – Vulverhempton 0:2
Qol: Syerralta, 74-öz qapısına. Huanq, 83.
 
Çelsi – Aston Villa 3:0
Qol: Lukaku, 15; 90+3. Kovaçiç, 49.
 






İngiltərə P.L.

"Arsenal" "Betis"ə məğlub oldu
  • İngiltərə P.L.
  • 00:56 06.08.2026
"Arsenal" "Betis"ə məğlub oldu
"Belə bir fürsəti əldən verə bilməzdim"
  • İngiltərə P.L.
  • 22:15 03.08.2026
"Belə bir fürsəti əldən verə bilməzdim"
Mudrik "Çelsi"nin məşqlərinə qayıtdı
  • İngiltərə P.L.
  • 22:13 03.08.2026
Mudrik "Çelsi"nin məşqlərinə qayıtdı
"Real"dan ayrılığım iz buraxdı, amma..."
  • İngiltərə P.L.
  • 21:52 02.08.2026
"Real"dan ayrılığım iz buraxdı, amma..."