8 may 2026. Cümə

Liverpul'un futbolçusu əməliyyat olunacaq


Liverpul'un futbolçusu əməliyyat olunacaq

İngiltərənin “Liverpul” klubu ciddi itki ilə üzləşib.

Corner.az xəbər verir ki, Mersisayd təmsilçisinin yarımmüdafiəçisi Harvi Elliot zədələnib.

18 yaşlı futbolçu Premyer Liqanın 4-cü turunun “Lids”lə səfər matçında (3:0) ayaq biləyindən ciddi zədələnib. İngilis futbolçunun yaxın zamanda əməliyyat olunacağı bildirilib.

Elliot bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq.







İngiltərə P.L.