8 may 2026. Cümə

Mançester Siti'nin futbolçusunun atası oğlunun vurduğu qoldan sonra ölüb


Mançester Siti'nin futbolçusunun atası oğlunun vurduğu qoldan sonra ölüb

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Natan Akenin atası vəfat edib

Corner.az-ın məlumatına görə, bu barədə niderlandlı müdafiəçi özünün "İnstaqram" səhifəsində yazıb.

26 yaşlı oyunçu, hadisənin "şəhərlilər"in evdə Almaniya "Leyptsiq"inə 6:3 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin ilk tur oyunu zamanı baş verdiyini bildirib. Xəstəxanada müalicə olunan ata oğlunun ÇL-də ilk qolunu vurmasından bir neçə dəqiqə dünyasını dəyişib.

"Son bir neçə həftə həyatımın ən çətin günləri oldu. Atam ağır xəstə idi, müalicəsi mümkün deyildi. O, anam və qardaşımın əhatəsində gözlərini yumdu. Bəlkə də bu, əvvəlcədən düşünülmüş sonluq idi. Həmişə mənim oyunumu izləməkdən həmişə qürur duyurdu", - Ake yazıb.

Qeyd edək ki, ötən ilin avqustundan "Mançester Siti"də çıxış edən Natan Ake "Leyptsiq"lə matçın 16-cı dəqiqəsində hesabı açıb.







İngiltərə P.L.

Qvardiola ayın ən yaxşı məşqçisi seçildi
  • İngiltərə P.L.
  • 22:13 08.05.2026
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi