8 noyabr 2026. Bazar günü

Martial millidən kənarlaşdırıldı


Martial millidən kənarlaşdırıldı

Fransa millisinin AÇ-2020-nin seçmə mərhələsində Moldova və İslandiya ilə qarşılaşacağı matçlar üçün açıqlanan heyətində dəyişiklik edilib.

Corner.az xəbər verir ki, “Manchester United”in hücumçusu Anthony Martial yığmanın heyətindən çıxarılıb. Bu barədə Fransa millisinin rəsmi “twitter” hesabı məlumat yayıb.

Martial “Manchester United”in İngiltərə Federasiya kubokunda “Wolverhampton”a  matçında zədələndiyi üçün yığmanın heyətindən çıxarılıb. Millinin baş məşqçisi Didier Deschamps, onun əvəzinə “Atletico”dan Thomas Lemarı heyətə daxil edib.

Qeyd edək ki, Fransa millisi AÇ-2020-nin seçmə mərhələsində martın 22-də Moldova, 25-də isə İslandiya ilə qaşılaşacaq.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”