9 may 2026. Şənbə

Mançester Yunayted uduzdu, Liverpul, Mançester Siti və Çelsi'dən qələbə


Mançester Yunayted uduzdu, Liverpul, Mançester Siti və Çelsi'dən qələbə
İngiltərə Premyer Liqasında 8-ci turun oyunlarına start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilib. 
 
Turun açılış matçında “Uotford” doğma meydanda “Liverpul”u qəbul edib. Qonaqlar bu görüşdə darmadağınla qalib gəlib.
 
“Mançester Yunayted” bu turda səfərdə “Lester Siti”nin qonağı olub. Altı qolun qeydə alındığı oyun “tülkükər”in qələbəsiylə başa çatıb. “Mançester Siti” doğma meydanda “Bernli”ni sınağa çəkib və inamlı qələbə qazanıb. Lider “Çelsi” bu turda “Brentford” səfərinə yollanıb. “Zadəganlar” da bu görüşdən qələbə ilə ayrılıb.
 
 
İngiltərə Premyer Liqası
8-ci tur
16 oktyabr
 
Uotford – Liverpul 0:5
Qol: Mane, 8. Firmino, 37; 52; 90+1. Salah, 54.
 
Aston Villa – Vulverhempton 2:3
Qol: İnqs, 48. Makqinn, 68 – Sayss, 80. Koadi, 85. Neves, 90+5.
 
Lester Siti – Mançester Yunayted 4:2
Qol: Tilemans, 31. Ç.Söyüncü, 78. Vardi, 83. Daka, 90+1 – Qrinvud, 19. Reşford, 82.
 
Mançester Siti – Bernli 2:0
Qol: B.Silva, 12. De Bruyne, 70.
 
Norviç Siti – Brayton 0:0
 
Sauthempton – Lids 1:0
Qol: Broya, 53.
 
Brentford – Çelsi 0:1
Qol: Çiluell, 45.






İngiltərə P.L.

“Onunla işləmək böyük zövqdür”
  • İngiltərə P.L.
  • 23:33 08.05.2026
“Onunla işləmək böyük zövqdür”
“Belə futbolçunu tapmaq çətindir”
  • İngiltərə P.L.
  • 23:28 08.05.2026
“Belə futbolçunu tapmaq çətindir”
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi
  • İngiltərə P.L.
  • 22:13 08.05.2026
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi