22 mart 2026. Bazar günü

Sterlinq şikayət etməməlidir - Qvardiola


Sterlinq şikayət etməməlidir - Qvardiola

"Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanı tərk etmək istəyən Rahim Sterlinq haqda danışıb.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis, ingilis hücumçunun ehtiyatda qalmasına şikayət etməməli olduğunu deyib:

“Rahim bizim futbolçumuzdur. Ümid edirəm ki, daha da inkişaf edəcək. Daha çox şans istədiyini başa düşürəm. Amma Joao Kanselo və Riyad Mahrez ehtiyatda qalanda heç şikayət etmirdilər. Sterlinq də şikayət etməməlidir. Hər kəs meydanda olmalıdır, hərəkət etməlidir. Kim daha çox layiqdirsə, o da oynayacaq.

Sterlinq özü və ailəsi üçün düzgün olan qərarı verməlidir. Mən də futbolçu olmuşam və onu çox yaxşı başa düşürəm. Lakin təkcə o deyil, digər futbolçularım da oynamaq istədiyini başa düşmək lazımdır. Məşqlərdə özünü yaxşı göstərən, daha çox çalışanlar forma geyinmək şansı qazanacaq”.

Qeyd edək ki, Sterlinq bu mövsüm “Mançester Siti” ilə 10 oyuna çıxıb.







İngiltərə P.L.

“Çelsi” baş məşqçini qova bilər
  • İngiltərə P.L.
  • 14:44 22.03.2026
“Çelsi” baş məşqçini qova bilər
“Everton” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 23:49 21.03.2026
“Everton” “Çelsi”ni darmadağın etdi
“Liverpul"da həmişə təzyiq var”
  • İngiltərə P.L.
  • 22:38 21.03.2026
“Liverpul"da həmişə təzyiq var”
"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"