8 aprel 2026. Çərşənbə

Mane Demba Ba'nı geridə qoydu


Mane Demba Ba'nı geridə qoydu

Liverpool İngiltərə Premyer Liqasının 31-ci turunda Fulham'ı məğlub edib.

Corner.az  xəbər verir ki, 2:1 hesabı ilə sona çatan matçda “Liverpool”un hücumçusu Sadio Mane yeni rekorda imza atıb.Görüşdə qol hesabını açan Mane, bu mövsüm Premyer Liqada qollarının sayını 17-yə çatdırıb.26 yaşlı futbolçu bununla da, Premyer Liqada bir mövsümdə ən çox qol vuran seneqallı futbolçu ünvanını qazanıb.

Qeyd edək ki, Manedən əvvəl seneqallı hücumçu Demba Ba 2011/12 mövsümündə “Newcastle United”in heyətində 16 qol vurmuşdu.







İngiltərə P.L.