8 noyabr 2026. Bazar günü

Dmitri Nazarov mövsümün ən yaxşı futbolçusu seçildi


Dmitri Nazarov mövsümün ən yaxşı futbolçusu seçildi

Azərbaycan millisində çıxış etmiş Dmitri Nazarov Almaniyanın "Ersgebirge" klubunda 2020/2021 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Corner.az "Freiepresse" nəşrinə istinadən xəbər verir ki, sorğu onlayn formada gerçəkləşib.

Səsvermədə 336 fanat iştirak edib. Bunlardan 23 faizi 31 yaşlı hücumçunu mövsümün oyunçusu adına layiq görüb. Aue təmsilçisinin qapıçısı və kapitanı Martin Mannel ikinci yeri tutub.

Qeyd edək ki, Dmitri Nazarov 2016-cı ildən "Ersgebirge"nin uğurları üçün çalışır. 2014-cü ildən Azərbaycan yığmasına dəvət alan oyunçu son olaraq, 2019-cu il noyabrında Slovakiyaya səfərdə 0:2 hesabı ilə uduzduqları görüşdə millinin formasını geyinib.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”