23 iyun 2026. Çərşənbə axşamı

Ərəblərin aldığı İngiltərə klubu baş məşqçisiz qaldı


Ərəblərin aldığı İngiltərə klubu baş məşqçisiz qaldı

İngiltərənin "Nyukasl" klubu baş məşqçisi Stiv Brusla yollarını ayırıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub.

Premyer Liqa təmsilçisi ingiltərəli baş məşqçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edib.

Qeyd edək ki, daha əvvəl "Nyukasl"ın səhmlərini Səudiyyə Ərəbistanında fəaliyyət göstərən investisiya fondu alıb. 1892-ci ildə əsası qoyulmuş klub daha əvvəl iş adamı Mayk Eşliyə məxsus idi. O, 14 ildir Nyukasl təmsilçisinə rəhbərlik edirdi.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər