8 noyabr 2026. Bazar günü

Nazarovun komandasından ilk qələbə


Nazarovun komandasından ilk qələbə

Almaniya 2-ci Bundesliqasında 11-ci turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Aue təmsilçisi doğma meydanda “İnqolştadt”ı qəbul edib. Futbolçumuzun komandası bu oyunda minimal hesablı qələbə ilə ayrılıb – 1:0. Bu, sözügedən komandanın cari mövsümdəki ilk qələbəsidir.

Nazarov da bu matçın iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib.

11 oyuna cəmi 7 xal toplamış “Ersgebirge” 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”