23 iyun 2026. Çərşənbə axşamı

Yurgen Klopp Liverpul'un tarixinə düşüb


Yurgen Klopp Liverpul'un tarixinə düşüb

İngiltərə Premyer Liqasının 9-cu turunda "Mançester Yunayted"lə oyun "Liverpul"un baş məşqçisi Yurgen Klopp üçün əlamətdar olub.

Corner.az "Sky Sports"a istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis Mersisayd təmsilçisində 200-cü qələbəsini qazanıb.

Alman mütəxəssis, 331-ci qarşılaşmada bu uğura yiyələnib. Klopp "qırmızılar"da 200-cü qələbəyə ən tez çatan baş məşqçidir.

Qeyd edək ki, qarşılaşma "Liverpul"un 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda 9 oyundan sonra 21 xalla ikinci pillədə qərarlaşıb.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər