22 mart 2026. Bazar günü

Bəzən pis insanlara dözmək məcburiyyətində qalırsan - Ronaldo


Bəzən pis insanlara dözmək məcburiyyətində qalırsan - Ronaldo
"Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo Premyer Liqada “Tottenhem”ə qalib gəldikləri oyundan sonra fikirlərini bildirib. Corner.az xəbər verir ki, “Sky Sports”a danışan 36 yaşlı hücumçu, 3:0 hesabıyla məğlub etdikləri matçla bağlı bunları söyləyib:
 
“Ağır bir həftə keçirdik. Komandamız təzyiq altında idi və buna yaxşı cavab verə biləcəyimizin fərqində idik. Yaxşı oynadıq, əla nəticə qazandıq. Əlbəttə, mən də öz təcrübəm və gücümlə komandama kömək etdim. Nəticədən və oyundan çox məmnunam. Möhtəşəm oyun oldu.
 
Tənqidlər hər zaman var. Bu, mənə heç vaxt təsir etmir. 18 yaşımdan futbol oynayıram. Bilirəm ki, insanlar bir gün möhtəşəm olduğunu, başqa bir gün isə bərbad olduğunu söyləyəcək. Belə şeylərin öhdəsindən gəlməyi bacarmaq lazımdır. Bəzən həyat belədir, pis insanlara dözmək məcburiyyətində qalırsız”.






İngiltərə P.L.

“Çelsi” baş məşqçini qova bilər
  • İngiltərə P.L.
  • 14:44 22.03.2026
“Çelsi” baş məşqçini qova bilər
“Everton” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 23:49 21.03.2026
“Everton” “Çelsi”ni darmadağın etdi
“Liverpul"da həmişə təzyiq var”
  • İngiltərə P.L.
  • 22:38 21.03.2026
“Liverpul"da həmişə təzyiq var”
"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"