23 iyun 2026. Çərşənbə axşamı

Konte gəldi, Keyn qərarını dəyişdi


Konte gəldi, Keyn qərarını dəyişdi

"Tottenhem”in futbolçusu Harri Keyn klubu tərk etmək fikrindən daşınıb.

Corner.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Məlumatda, 28 yaşlı hücumçunun komandaya italyalı mütəxəssis Antonio Kontenin baş məşqçi təyin olunmasından sonra klubda qalmağa qərar verdiyi vurğulanıb.

İngiltərə millisinin üzvü  “Tottenhem”in Kontenin rəhbərliyi altında titul qazanacağına ümid edir.

Keynin daha əvvəl “Tottenhem”dən ayrılmaq istədiyi bildirilirdi.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər