8 noyabr 2026. Bazar günü

Nyukasl klubunun yeni baş məşqçisi bilindi


Nyukasl klubunun yeni baş məşqçisi bilindi

İngiltərənin "Nyukasl" klubunun yeni baş məşqçisi bəlli olub.

Corner.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano şəxsi tvitter səhifəsində yazıb.

O, Premyer Liqa təmsilçisi bu vəzifəyə Eddi Haunu təyin edəcəyini bildirib. Hazırda münasibətlərin rəsmiləşdirilməsi istiqamətində müvafiq sənədlər hazırlanır.

44 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanacaq. Anlaşmanın maliyyə detalları açıqlanmayıb.

Qeyd edək ki, "Nyukasl" rəhbərliyi oktyabrın 20-da komandanın sabiq baş məşqçisi Stiv Brüsü istefaya göndərib. Hazırda "sağsağanlar" 4 xalla turnir cədvəlində 19-cu pilləni tutur.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”