23 iyun 2026. Çərşənbə axşamı

Mançester derbisində qonaqlar qələbə qazandı, Çelsi'dən xal itkisi


Mançester derbisində qonaqlar qələbə qazandı, Çelsi'dən xal itkisi

İngiltərə Premyer Liqasında 11-ci turun oyunlarına start verilib.

Corner.ax xəbər verir ki, “Mançester Yunayted” doğma meydanda səzəli rəqibi “Mançester Siti”ni qəbul edib. Qarşılaşma qonaqların qələbəsiylə yekunlaşıb.

Lider “Çelsi” bu turda doğma meydanda “Bernli” ilə qarşılaşıb və xal itkisi ilə üzləşib. "Brayton" doğma meydanda "Nyukasl"la üz-üzə gəlib və görüşdə qalib müəyyənləşməyib.  "Brentford" evdə "Norviç Siti"yə uduzubsa, "Kristal Pelas" "Vulverhampton"dan üstün olub.

İngiltərə Premyer Liqası, 11-ci tur

5 noyabr

Sauthempton – Aston Villa 1:0
Qol
: Armstronq, 3.

6 noyabr

Mançester Yunayted – Mançester Siti 0:2
Qol
: E.Bayi, 7-öz qapısına. B.Silva, 45.

Brentford – Norviç 1:2
Qol
: Henri, 60 – Normann, 6. Pukki, 29-pen.

Kristal Pelas – Vulverhempton 2:0
Qol
: Zaha, 61. Qallaxer, 78.

Çelsi – Bernli 1:1
Qol
: Haverts, 33 – Vidra, 79.

Brayton – Nyukasl 1:1
Qol
: Trossard, 24 – Hayden, 66.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər