8 aprel 2026. Çərşənbə

İngiltərə klubunun 9 xalı silindi


İngiltərə klubunun 9 xalı silindi

İngiltərənin “Birmingham City” klubu sərt cəzalanıb.

Corner.az xəbər verir ki, Çempionşip təmsilçisinin 9 xalı silinib. Bu barədə İngiltərə Futbol Federasiyası məlumat yayıb.

Buna səbəb klubun 2015-2018-ci illər aralığında 39 milyon funt-sterlinqdən daha çox zərərlə fəaliyyət göstərməsi olub. Maliyyə şərtlərini düzgün yerinə yetirməməsi Çempionşip klubuna baha başa gəlib.

Məlumatda o da bildirilir ki, klub həmin dönəmdə bütövlükdə 48,8 milyon funt-sterlinqlik zərər edib.

Qeyd edək ki, “Birmingham City” cəzanın ardından Çempionşipdə 13-cü pillədən 18-ci pilləyə enib.







İngiltərə P.L.