8 may 2026. Cümə

Premyer Liqa matçı qara görə təxirə salındı


Premyer Liqa matçı qara görə təxirə salındı

İngiltərə Premyer Liqasının 13-cü turunun "Bernli" - "Tottenhem" oyunu təxirə salınıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb qeyri-sabit hava şəraiti olub. Matç güclü qara görə baş tutmayıb.

Qeyd edək ki, bu gün keçirilməli olan görüş Bakı vaxtı ilə saat 18:00-da başlamalı idi.







İngiltərə P.L.