25 aprel 2026. Şənbə

Mançester Siti'dən qələbə, Çelsi'dən Mançester Yunayted'lə heç-heçə


Mançester Siti'dən qələbə, Çelsi'dən Mançester Yunayted'lə heç-heçə

Futbol üzrə İngiltərə Premyer Liqasında 13-cü turun oyunlarına yekun vurulub.

Corner.az xəbər verir ki, “Mançester Siti” bu turda doğma meydanda “Vest Hem”i qəbul edib və qələbə qazanıb. Turun mərkəzi görüşü Londonda baş tutub. Lider “Çelsi” doğma meydanda “Mançester Yunayted”i qəbul edib. Tərəflər meydandan hərəyə 1 qol və 1 xalla ayrılıblar. “Tottenhem” - “Bernli” ilə oyunu isə güclü qar yağışı səbəbindən təxirə salınıb.

"Everton" səfərdə *Brentford"un qonağı olub və minimal hesabla uduzub. "Lester Siti" isə doğma meydanda "Uotford"u qəbul edib və inamlı qələbə qazanıb.

İngiltərə Premyer Liqası, 13-cü tur

27 noyabr

Arsenal – Nyukasl 2:0
Qol
: Saka, 56. Martinelli, 66.

Kristal Pelas – Aston Villa 1:2
Qol
: Quehi, 90+5 – Targett, 15. Makqinn, 86.

Liverpul – Sauthempton 4:0
Qol
: Jota, 2; 32. Tyaqo, 37. Van Deyk, 52.

Norviç Siti – Vulverhempton 0:0

Brayton – Lids 0:0

28 noyabr

Bernli – Tottenhem oyunu təxirə salınıb

Brentford – Everton 1:0
Qol
: Toni, 24-pen.

Lester Siti – Uotford 4:2
Qol
: Maddison, 16. Vardi, 34; 42. Lukman, 68 – Kinq, 30. Dennis, 61.

Mançester Siti – Vest Hem 2:1
Qol
: İ.Gündoğan, 33. Fernandinyo, 90 – Lanzini, 90+4.

Çelsi – Mançester Yunayted 1:1
Qol
: Jorjinyo, 69-pen – Sanço, 50.







İngiltərə P.L.

“Bornmut” “Lids”lə heç-heçə etdi
  • İngiltərə P.L.
  • 01:05 23.04.2026
“Bornmut” “Lids”lə heç-heçə etdi
Naqelsmann “Çelsi”dən də imtina etdi
  • İngiltərə P.L.
  • 23:52 22.04.2026
Naqelsmann “Çelsi”dən də imtina etdi
“Çelsi" yeni baş məşqçi axtarışında
  • İngiltərə P.L.
  • 22:27 22.04.2026
“Çelsi" yeni baş məşqçi axtarışında